Roberto Karlosun yeni sevdası
13.10.2008 - 16:45
Roberto Karlosun yeni sevdası
Bakı - APA-Sport. Türkiyənin “Fənərbaxça” klubunun müdafiəçisi Roberto Karlos yeni sevdaya düşüb. “APA-Sport”un məlumatına görə, 35 yaşlı dünya çempionu yenidən Braziliya yığmasında oynamaq istədiyini bildirib: “Özümdə bu gücü hiss edirəm. Türkiyədə də insanlar yığmada oynaya biləcəyimi düşünürlər. Çünki təcrübə çox önəmlidir. Braziliyanın baş məşqçisi Dunqa ehtiyac duyarsa, yığmaya kömək edərəm”.

Qeyd edək ki, Karlos 2006-cı ildə Almaniyada təşkil olunan dünya çempionatından sonra vətəninin yığmasına çağırılmır.
0