Dünyanın ən qorxunc azarkeşləri haradadır?
13.10.2008 - 18:18
Bakı - APA-Sport. ABŞ-ın tanınmış “Nyu York Tayms” qəzetində dünyanın ən qorxunc ab-havaya məxsus stadionları haqda məqalə dərc edilib. “APA-Sport”un məlumatına görə, müəllif Daniel Altman Türkiyənin “Qalatasaray” klubunun oyunlarını keçirdiyi “Əli Sami Yen” stadionunu xüsusi qeyd edib: “Bəlkə də dünyada ən qorxunc azarkeşləri bu arenadadırlar. Onlar bir qayda olaraq qonaq komandalar üçün “Cəhənnəmə xoş gəldiniz” sözləri yazılan plakatlar asırlar. Rəqib futbolçular da oyun ərzində özlərini cəhənnəmdə hiss edirlər”.
0
0