“Beşiktaş” klubunun sabiq üzvü Azərbaycanda çalışacaq
13.10.2008 - 18:25
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Beşiktaş”ın sabiq futbolçusu Aydın Salatan “Bakı” klubunda çalışacaq. “APA-Sport”un məlumatına görə, paytaxt təmsilçisində qapıçılarla işləyən məşqçi olacaq 37 yaşlı türkiyəli mütəxəssis artıq ölkəmizə gəlib. Peşəkar karyerasına 1991-ci ildə başlayan Aydın “Beşiktaş”ın o vaxtkı baş məşqçisi Qordon Miln tərəfindən əsas komandaya cəlb olunub. Ardıcıl 3 mövsüm bu mütəxəssisin rəhbərliyi altında oynayan Salatan daha sonra Kristof Daumla birgə çalışıb. 2003-cü ildə futbolçu karyerasını başa vuran türkiyəli məşqçiliyə də “Beşiktaş”ın uşaq məktəbində başlayıb.
0
0