Bəhreyn: Azərbaycan yığmasının 48-ci rəqibi
14.10.2008 - 10:26
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sabah Bəhreynlə qarşılaşacaq Azərbaycan yığması tarixində ilk dəfə bu rəqiblə üz-üzə gələcək. “APA-Sport”un məlumatına görə, komandamız indiyədək 47 yığma ilə münasibətlərini ayırd etmişdi. Millimizin 48-ci rəqibi olan bəhreynlilər həm də bizimlə qarşılaşan 11-ci Asiya təmsilçisidir. Yığmamız əvvəllər Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, İran, Oman, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və Qazaxıstanla qarşılaşıb. Sonuncular yeganə rəqibimizdir ki, həm Asiya, həm də Avropanı təmsil etdiyi vaxt yığmamızla üz-üzə gəlib.
48 rəqib arasında Asiyanın 11 komandası ilə yanaşı, Avropanın 37 (Qazaxıstan hər iki qitədə nəzərə alınıb), Şimali Amerikanın isə 1 təmsilçisi yer alıb. Tarixi ərzində Afrika, Cənubi Amerika və Okeaniya təmsilçisi ilə görüşməyən millimiz 6-cı dəfə ərəblərlə üz-üzə gəlir. 1996-cı ildə Oman səfərindən 0:2 hesablı məğlubiyyətlə dönən millimiz 2003-cü ildəki Ərəbistan turnesində 3 qarşılaşmanın ikisində uduzmuşdu. Beş il əvvəl BƏƏ ilə sülh bağlayan (3:3) milli Oman və Səudiyyə Ərəbistanından 1 cavabsız qol buraxmışdısa, 2004-cü ildə İordaniya ilə heç-heçəyə imza atmışdı – 1:1.

0
0