Yeryomenko milli komandamızdan şikayətləndi
14.10.2008 - 10:27
Bakı. Mehman Süleymanov - APA-Sport. “Azərbaycanla oyunda bizim üçün
əsas müsbət nəticə idi. Minimal hesabla qələbə qazansaq da, hər halda, hesabımıza üç xal yazdıq. Deməli, biz istəyimizə nail olduq”. “APA-Sport”un məlumatına görə, bunu Finlandiya yığmasının hücumçusu Aleksey Yeryomenko deyib.
Ötən yay avtomobilini sərxoş idarə etdiyi üçün milli komandanın baş məşqçisi Stüart Beksterin qəzəbinə tuş gələn “Saturn” klubunun 26 yaşlı futbolçusu Rusiya ilə oyuna da çağırılmayıb. Yığmamıza ötən ilin martında Bakıda 0:1 hesabı ilə uduzduqları rəsmi oyunda 90 dəqiqə meydanda olan Aleksey həmin uğursuz görüşü hələ də unutmayıb: “Azərbaycan bizə arzuolunmaz rəqibdir. Ötən seçmə mərhələdə məhz bu milli komanda Avstriya və İsveçrədə keçirilən Avropa çempionatının final mərhələsinə yollanmaq ümidimizin üstündən qara xətt çəkdi. Həmin vaxt Helsinkidə qalib gəlsək də, Bakıda uduzmuşduq”.
Azərbaycan kimi yığmalara qarşı oynamağın çətin olduğunu deyən Yeryomenko millidəki komanda yoldaşı Mika Vayrinenin fikirlərinə şərik olub: “Vayrinen zəiflərə qarşı oynamağı öyrənməli olduğumuzu deməklə haqlıdır. Sıx müdafiəni yarmaq həmişə çətindir. Elə həmin Azərbaycan Helsinkiyə bir məqsədlə, müdafiə olunmağa gəlmişdi. Bizim üçün belə komandalar münasib deyil. Açıq-aşkar müdafiə olunan komandalarla görüşdə hücumun son mərhələsində lazımı səviyyədə oynamağımız heç də həmişə yaxşı alınmır. Bu, bizim üçün problemdir”.

0
0