Beksterdən iddialı açıqlama
14.10.2008 - 11:05
Bakı. Mehman Süleymanov - APA-Sport. Üç gün öncə Azərbaycanı 1:0 hesabıyla məğlubiyyətə uğradan Finlandiya yığmasının baş məşqçisi Stüart Bekster iddialı bəyanatla çıxış edib. “APA-Sport”un məlumatına görə, 53 yaşlı çalışdırıcı Rusiya və Almaniya milli komandalarına qrupdan çıxacaqları ilə bağlı mesaj göndərib.
Dediklərinin ciddi qəbul edilməsini istəyən Bekster 10 aydır çalışdırdığı komandada bu potensialı görür: “Biz mütləq qrupdan çıxacağıq. Bilirsiniz, niyə? Çünki biz ölkədə futbolun inkişafı üçün şəraiti yaxşılaşdırır, milli futbol akademiyaları tikir, məşqçiləri, hakimlərin səviyyəsini artırır, Finlandiyada futbolun inkişafının bütün strategiyasının üzərində işləyirik. Bundan əlavə, meydanda tam gücümüzü ortaya qoyuruq. Düzdür, bu, uğura zəmanət vermir. Hər halda, qrupdan necə çıxmağı mən bilirəm. Əsas odur ki, yekun qələbəyə əmin olasan”.

0
0