Foqts “Top-5”də!
14.10.2008 - 11:44
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının almaniyalı məşqçiləri vətənlərində qalmaqallarla ad çıxarıb. “APA-Sport”un məlumatına görə, Almaniya mətbuatı ölkə futbol tarixinin ən böyük beş qalmaqalının sıralamasını tərtib edib. Kevin Kuranyi ilə yığma arasında yaşanan anlaşılmazlıqdan sonra müəyyənləşdirilən “Top-5” də Azərbaycan milli komandasının məşqçiləri ön sıralardadır.
Alman futbolunda ən böyük qalmaqalının müəllifi yığmamızın baş məşqçisi Berti Foqtsun köməkçisinə nəsib olub. Komandamızda qapıçılarla işləyən məşqçi Uli Ştayn 22 il əvvəlki qalmaqalla birinci yerdədir. Meksikada keçirilən dünya çempionatına əfsanəvi Toni Şumaxerin əvəzləyicisi kimi yollanan Ştayn formadan uzaq olan həmkarını üstələyirdi. Hamı Ulinin qapıda duracağını gözləsə də, bu baş vermədi. Əvəzində Şumaxeri dəstəkləyən Klaus Allofsun başçılıq etdiyi Köln qruplaşması ilə Ştayna tərəfkeşlik edən Karl-Hayns Rummenigenin Münhen dəstəsi arasında “müharibə” başladı. Kənarda qalan Uli isə o vaxtkı baş məşqçi Frants Bekkenbauerin bu ədalətsizliyini cavabsız qoymadı. Yığmanı “xiyarlar yığını”, baş məşqçini isə “şorba cəfərisi” adlandıran qapıçının yığma karyerası bu qalmaqalla bitdi.
Almaniya milli komandasında ikinci qalmaqal Berti Foqtsun adı ilə bağlıdır. 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında onunla Ştefan Effenberq arasında narazılıq yaranmışdı. Cənubi Koreya ilə oyunda bütün tribunaların “Effenberqi meydandan çıxar” sədalarına cavab verən Ştefan azarkeşlərə orta barmağını göstərmişdi. Foqts bu hərəkətə görə, onu çempionat bitməmiş vətənə göndərmiş və bir də yığmaya çağırmamışdı. Bu Almaniyada böyük səs-küyə səbəb olsa da, federasiya baş məşqçiyə dəstək çıxmışdı.
Bundestimin üçüncü qalmaqalı, daha doğrusu biabırçılığı 1982-ci ildə Avstriyaya şübhəli məğlub olmasından (0:1) ibarətdirsə, dördüncü pillə də Foqtsun əlindədir. 1996-cı ildə keçirilən Avropa çempionatına aparılmayan Lotar Matteusla mütəxəssis arasında yaşanan münaqişə indi də səngiməyib. Hələ də imkan düşdükcə bir-birinə söz atan almaniyalılar arasındakı qalmaqalda Foqtsun Yurgen Klinsmanla isti münasibətlərinin də rolu olub. Böyüklüyünə görə beşinci olan qalmaqal isə Foqts yox, onun xələfi Erik Ribbeklə bağlıdır.

0
0