“Fənərbaxça” prezidentliyinə ilk namizəd
14.10.2008 - 11:45
Bakı - APA-Sport. “Fənərbaxça” prezidentliyinə ilk namizəd qeydə alınıb. “APA-Sport”un məlumatına görə, bu, klubun İdarə Heyətinin üzvü Kemal Açıkgöz olub. O, mətbuat konfransı keçirərək, 2009-cu ilin mayında baş tutacaq seçkiyə qatılacağını rəsmən bəyan edib.
“Sarı-lacivərdlilər”in göstərdiyi nəticələrdən və transferlərə külli miqdarda pul xərclənməsindən narazılığını bildirən 69 yaşlı Açıkgöz hazırkı prezident Əziz Yıldırımın hakimiyyətinə son qoymaq istəyir: “Namizədliyimi verməklə bağlı 4 ay düşündüm və sonda qəti qərara gəldim. Prezident kürsüsündə futbolu yaxşı bilən şəxs oturmalıdır. Seçkidə qalib gələcəyim təqdirdə, Yıldırama fəxri prezidentliyi təklif edəcəyəm”.
Vaxtilə biznes sahəsində çalışan Açıkgöz 1972-ci ildən “Fənərbaxça”nın İdarə Heyətinin üzvüdür. Onun İstanbul klubunun gələcəyi ilə bağlı çoxlu planları var: “Əgər bu planları həyata keçirə bilsək, ildə 10-15 milyon avro qazanc əldə olunacaq”.
Qeyd edək ki, Əziz Yıldırım son 10 ildə “Fənərbaxça”nın prezidenti vəzifəsini daşıyır. Qarşıdakı seçkidə onun şansları yüksək qiymətləndirilsə də, Yıldırım hələlik namizədliyini irəli sürməyib.

- Bellinqem matçın oyunçusu seçildi, "layiq deyiləm" dedi
- “Atletiko”dan sərt addım - “Barselona”dan FIFA-ya şikayət ediləcək
- "Bavariya"nın qapıçısı “Beşiktaş”ı istəyir - Rəhbərliyə bildirdi
- İkardiyə ölkədən çıxış qadağası - Vanda Nara şikayət edib
- Remzidən gözlənilməz qərar - 35 yaşında baş məşqçi oldu
0
0