Milli komandanın baş məşqçisi filmə çəkilir
14.10.2008 - 12:16
Bakı. Mehman Süleymanov – APA-Sport. İtaliya yığma komandasının baş məşqçisi Marçello Lippi filmdə çəkiləcək. “APA-Sport”un məlumatına görə, iki il öncə italyanlara dünya çempionluğunu qazandıran 60 yaşlı mütəxəssis irqçilik və faşizm əleyhinə olan filmin çəkilişində iştirak etməyə razılıq verib. İtalyan rejissor Moni Ovadiya irqçilik və faşizmin əleyhinə olan sosial yöndə film yaratmaq niyyətindədir. Onun işinin əks olunduğu disklər İtaliyada məktəblərdə yayılacaq.
Filmdə Lippi ilə yanaşı, məşhur italyan müğənni Covanotti, aktyor Antonio Albaneze və aktrisa Nikoletta Braski çəkiləcək.
Filmdə Lippi ilə yanaşı, məşhur italyan müğənni Covanotti, aktyor Antonio Albaneze və aktrisa Nikoletta Braski çəkiləcək.
0
0