Rusiya mətbuatı: Foqts gələn ilin yayında istefa verəcək
14.10.2008 - 09:00
Bakı - APA-Sport. Rusiya mətbuatında futbol üzrə milli komandalarda istefası gündəmə gələn baş məşqçilərlə bağlı məqalə dərc edilib. “APA-Sport”un məlumatına görə, vəzifəsini itirmək təhlükəsində olanlar arasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun da adı var.
Yazıda bildirilir ki, almaniyalı çalışdırıcı dünya çempionatının seçmə mərhələsində qeyri-qənaətbəxş nəticə göstərməklə, ona güvənənləri utandırır: “Foqtsa 2 milyon avronu ona görə verməyiblər ki, Lixtenşteynin ofisiant və kontor işçilərindən ibarət komandası ilə evdə biabırçı şəkildə heç-heçə oynasın, yaxud Uels və Finlandiya səfərlərindən əliboş qayıtsın”.
Müəllif yığmamızın 2009-cu ildə Rusiyaya qarşı keçirəcəyi ilk rəsmi matçda məğlubiyyətlə üzləşəcəyini iddia edir. Qeyd olunur ki, Foqts artıq iyunda istefaya göndəriləcək: “Avropa çempionu gələn ilin martında xal ehtiyatını artırmağı düşünür. Ancaq Qus Hiddinkin rəhbərlik etdiyi kollektivlə görüşdə almaniyalının bu istəyi çətin ki baş tutsun. Hətta Rusiya ilə qarşılaşmadan sonra Foqts iş yerini qoruyub saxlasa belə, o, ilk səhvi buraxanadək vəzifəsində qalacaq. Yəqin ki, 2009-cu il iyunun 6-da Uelslə evdə keçiriləcək oyun son damla olacaq”.
Xatırladaq ki, bu ilin aprelindən milli komandamızın baş məşqçisi işləyən Berti Foqtsun AFFA rəhbərliyi ilə müqaviləsinin müddəti 2009-cu il dekabrın 31-də başa çatacaq.

0
0