Raykaard “Qalatasaray”a, Luçesku “Fənərbaxça”ya
14.10.2008 - 12:54
Bakı - APA-Sport. Türkiyənin ən tanınmış iki klubu baş məşqçi dəyişikliyi ərəfəsindədir. “APA-Sport”un məlumatına görə, dövrələrarası fasilədə “Qalatasaray” və “Fənərbaxça” yeni mütəxəssislərə tapşırılacaq.
Mihael Skibbenin işindən narazı qalan “Qalatasaray” rəhbərliyi onu yanvarda istefaya göndərəcək. Alman mütəxəssisin boşaldacağı posta isə Frank Raykaard gətiriləcək. “Barselona” klubu ilə möhtəşəm uğurlar qazanan holland məşqçi İstanbul klubunu çalışdırmağa ilkin razılığını verib.
“Fənərbaxça” isə Mirça Luçesku ilə danışıqlara başlayıb. Ukraynanın “Şaxtyor” klubunda işləyən rumın çalışdırıcının müqaviləsinin müddəti yanvarda başa çatacaq. Onun Türkiyə futboluna bələd olması rəhbərliyi bu transferi gerçəkləşdirməyə vadar edir.
Qeyd edək ki, Luçesku “Qalatasaray” və “Beşiktaş”a Türkiyə çempionu titulunu qazandırıb.

0
0