75 saat davam edəcək futbol matçı
14.10.2008 - 14:58
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün dünyada ən uzun müddətli futbol matçının startı veriləcək. “APA-Sport”un məlumatına görə, 75 saat davam edəcək oyunda Argentina, Braziliya, Kolumbiya və ABŞ-dan 2200 nəfər iştirak edəcək. Oyun Argentinanın Nekoçea şəhərində keçiriləcək. 33 şəhərdən 262 komandanın öz aralarındakı görüşü 30 dəqiqədən bir saata qədər sürəcək. Nekoçeanın İdman Nazirliyinin nümayəndəsi bildirib ki, hər oyun planlaşdırdıqları kimi bir saat davam edərsə, matçı keçirmək üçün onlara üç gün vaxt lazım gələcək.
Qeyd edək ki, görüş bütün ispan dilli ölkələrdə qeyd olunan İspaniyanın yaranma gününə həsr olunacaq.
Qeyd edək ki, görüş bütün ispan dilli ölkələrdə qeyd olunan İspaniyanın yaranma gününə həsr olunacaq.
- Bellinqem matçın oyunçusu seçildi, "layiq deyiləm" dedi
- “Atletiko”dan sərt addım - “Barselona”dan FIFA-ya şikayət ediləcək
- "Bavariya"nın qapıçısı “Beşiktaş”ı istəyir - Rəhbərliyə bildirdi
- İkardiyə ölkədən çıxış qadağası - Vanda Nara şikayət edib
- Remzidən gözlənilməz qərar - 35 yaşında baş məşqçi oldu
0
0