“Barselona”nın 190 milyon avro borcu var!
14.10.2008 - 16:48
“Barselona”nın 190 milyon avro borcu var!
Bakı. Mehman Süleymanov - APA-Sport. İspaniyanın “Barselona” klubu maliyyə problemi ilə üzləşib. “APA-Sport”un məlumatına görə, iki il öncə Çempionlar Liqasının qalibi olan Kataloniya təmsilçisinin 190 milyon avro məbləğində borcu var. Dünyada baş verən maliyyə böhranı klubun işlərinə öz mənfi təsirini göstərib. Bununla belə, komanda rəhbərliyi ağır vəziyyətdən ciddi itki olmadan çıxacaqlarına inandırmaqda davam edirlər. Hər şeyin nəzarət altında olduğuna əminlik ifadə edən rəhbərliyin fikrincə, oyunların teleyayım hüququ və “Nike” şirkəti ilə qaydasına salınan sponsor müqavilələri çətin günlərdə yaşamağa imkan verəcək.
Qeyd edək ki, “Barselona” borcların ləğv olunması ilə bağlı kreditləri bu ayın sonunadək ödəməlidir.
0