Xidmətçiləri Bekhemi soyub
14.10.2008 - 17:18
Xidmətçiləri Bekhemi soyub
Bakı – APA-Sport. İngiltərə yığmasının və ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun yarımmüdafiəçisi Devid Bekhem soyğunçuluğa məruz qalıb. “APA-Sport”un məlumatına görə, onun Böyük Britaniyadakı malikanəsindən oğurluq edilib.
Bekhem və xanımı Viktoriya Los-Ancelesdə olduğu vaxt xidmətçilər onlara məxsus əşyaları oğurlayaraq satışa çıxarıblar.
Oğrular isə artıq polis tərəfindən saxlanılıblar. Xeyli vaxtdır malikanələrini etibar etdikləri qulluqçuların tutduğu hərəkətdən sonra Bekhem yeni xidmətçi axtarışına çıxıb.
0