Bəhreyn futbol yığması Azərbaycana gələcək
14.10.2008 - 18:21
Bəhreyn futbol yığması Azərbaycana gələcək
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə Bəhreyn milli komandası Azərbaycana səfər edəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, bununla bağlı Bəhreyn Futbol Assosiasiyasının rəhbərliyi ilə ilkin razılıq əldə olunub.

“Yaxın iki il ərzində bəhreynlilər ölkəmizə təşrif buyuracaqlar. Bəhreyn yığmasının Azərbaycanda milli komandamızla yoldaşlıq görüşü keçirməsini artıq razılaşdırmışıq. Bu, sabah Manamada baş tutacaq yoldaşlıq matçına cavab xarakteri daşıyacaq” - deyə Məmmədov vurğulayıb.


0