Türkiyə yığması AÇ-dən kənarda qaldı
15.10.2008 - 09:35
Türkiyə yığması AÇ-dən kənarda qaldı
Bakı. Mehman Süleymanov - APA-Sport. Türkiyənin 21 yaşlılardan ibarət yığması Avropa çempionatının (AÇ) final mərhələsinə çıxa bilməyib. “APA-Sport”un məlumatına görə, Hami Mandıralının çalışdırdığı komanda Belarus səddində ilişib. Öz meydanında minimal hesabla qalib gələn (1:0) türklər Borisov şəhərində keçirilən cavab görüşündə hər hissədə buraxdığı bir qolla 0:2 hesabı ilə uduzub. İki oyunun nəticəsinə görə final mərhələsinə belaruslular vəsiqə qazanıb.
Gələn ilin iyununda İsveçdə keçiriləcək həlledici mərhələdə meydan sahibləri və Belarusla yanaşı, Finlandiya, İngiltərə, İspaniyanın da iştirak edəcəyi artıq dəqiqləşib. Qalan üç vəsiqənin sahibi bu gün keçiriləcək Almaniya – Fransa, İtaliya – İsrail və Danimarka – Serbiya görüşlərində bəlli olacaq.
0