“Zenit” məhkəməyə üz tutur
15.10.2008 - 12:36
“Zenit” məhkəməyə üz tutur
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. UEFA kubokunun qalibi “Zenit” klubu həftənin sonunadək İspaniya məhkəməsinə müraciət etmək qərarına gəlib. “APA-Sport”un məlumatına görə, mediadan narazı qalan rusiyalılar “El Pais” qəzetinin onlara böhtan atmasından şikayət edəcək. Məhz bu qəzet UEFA kubokunun yarımfinalında keçirilən “Zenit” – “Bavariya” oyununun danışılmış olduğunu iddia edirdi. Məhkəmə ilə bağlı qərarında israrlı olan “Zenit” rəhbərliyi Almaniya təmsilçisi ilə paralel olaraq “El Pais”in redaksiyasına məktub da göndərib.
0