“Barselona” MLS-ə qatılmaq istəyir
15.10.2008 - 12:53
“Barselona” MLS-ə qatılmaq istəyir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İspaniyanın “Barselona” klubu ABŞ çempionatına qatılmaq üçün danışıqlara başlayır. “APA-Sport”un məlumatına görə, klubun Mayamidəki nümayəndələri komandanın 2010-cu ildən başlayaraq MLS-də çıxış etməsi ilə bağlı qurum rəhbərliyi ilə müzakirələr aparacaq. Artıq Florida Universiteti ilə razılığa gələn kataloniyalılar bu təhsil müəssisəsinin stadionundan istifadə edəcək. Lakin İspaniya nəhənginin MLS-də hansı – indiki, yoxsa başqa ad altında və emblemlə çıxış edəcəyi də dəqiqləşməyib. Okeanın o tayındakı populyarlığını daha da artırmaq istəyən “Barselona” istəyinə çatsa, hazırda 14 komandanı birləşdirən ABŞ liqasında çıxış edən ilk Avropa təmsilçisi olacaq.
Qeyd edək ki, məşhur ingilis futbolçu Devid Bekhem bir ildir karyerasını MLS-də davam etdirir.


0