Azərbaycanlı futbolçular “Barselona”da oynaya bilərlər
15.10.2008 - 13:20
Azərbaycanlı futbolçular “Barselona”da oynaya bilərlər
İki il öncə Çempionlar Liqasının qalibi olan “Barselona” ilə əməkdaşlıq əlaqələrini müzakirə edən AFFA istəyinə çatmağa çalışır. Aparılan danışıqlar müsbət nəticə verərsə, onda istedadlı yeniyetmələrimizin bir neçəsi ilkin olaraq bu klubun təlim-məşq toplanışlarında iştirak edəcək.
Qeyd edək ki, AFFA 17 yaşlılardan ibarət yığmamızın 4 futbolçusunun gələn ay Madridin “Real” klubunda təlim-məşq toplanışında iştirak etməsinə nail olub.

Mənbə: affa.az


0