Aleksə super təklif
15.10.2008 - 13:24
Aleksə super təklif
Bakı - APA-Sport. “Fənərbaxça” rəhbərliyi müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcək futbolçuları heyətdə saxlamaq üçün indidən hərəkətə keçib. “APA-Sport”un məlumatına görə, İstanbul klubu ilk növbədə komandanın kapitanı Aleks de Souzanın müqaviləsinin müddətini uzatmağa çalışır.
“Fənərbaxça” braziliyalı yarımmüdafiəçiyə ömürlük müqavilə təklif edib. Vətəninin “Palmeyras” klubunun da maraq dairəsində olan Aleks qərarını yanvarda açıqlayacaq.
0