Ferdinand yığmanı sirkə bənzətdi
15.10.2008 - 14:34
Ferdinand yığmanı sirkə bənzətdi
Bakı. Mehman Süleymanov - APA-Sport. İngiltərə yığmasının müdafiəçisi Rio Ferdinand yerli mətbuata maraqlı açıqlama verib. “APA-Sport”un məlumatına görə, “Mançester Yunayted” klubunda çıxış edən 28 yaşlı futbolçu Fabio Kapellonun gəlişinə qədər milli komandadakı durumu sirkə bənzədib. Onun fikrincə, həmin vaxt İngiltərə yığmasındakı vəziyyətlə sirk arasında fərq olmayıb: “İtalyan mütəxəssisi Fabio Kapellodan öncə milli komanda oyunçularının özəl həyatları, işləri ön plana çıxmışdı. Həyat yoldaşlarımız, xanım dostlarımızla önə çıxır, durumumuz teatra bənzəyir və futbol ikinci planda qalırdı”.
0