Premyer Liqa kuboku yaranır
15.10.2008 - 14:57
Premyer Liqa kuboku yaranır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İngiltərə Liqa kuboku tarixin yaddaşına köçəcək. “APA-Sport”un məlumatına görə, bu turniri ləğv edən britaniyalılar dünyanın yaşıl meydanlarında keçiriləcək başqa yarışın təməlini qoyacaq. Premyer Liqa kuboku adlanacaq yarışın birinci mərhələsində güclülər dəstəsinin 20 komandası mübarizə aparacaq. Onlar hərəsində 4 komanda olmaqla, beş qrupda növbəti mərhələyə vəsiqələrin taleyini həll edəcək.
Qrup qalibi olan beş komanda və mövsümün sonunda Premyer Liqaya vəsiqə qazanan üç aşağı dəstə təmsilçisi yayda kubokun sahibini müəyyənləşdirəcək. Yayda keçirilən pley-off mərhələsinin qarşılaşmaları isə təkcə Britaniyada deyil, digər ölkələrdə də keçiriləcək.


0