“Qalatasaray”a yeni məşqçi gətirildi
15.10.2008 - 15:28
“Qalatasaray”a yeni məşqçi gətirildi
Bakı - APA-Sport. Türkiyənin “Qalatasaray” klubunu çalışdıran alman Mihael Skibbenin köməkçisi müəyyənləşib. “APA-Sport”un məlumatına görə, rəhbərlik bu posta Burak Dilməni təyin edib. Təcrübəli mütəxəssis ötən mövsüm komandanın digər almaniyalı baş məşqçisi Karl Haynts Feldkampın köməkçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, “Qalatasaray” rəhbərliyi bir neçə gün öncə köməkçi məşqçilər Ümit Davala ilə Edvin Boekampı istefaya göndərib.
0