Droqba Afrikanın ən yaxşı futbolçusu olmaq istəmir
15.10.2008 - 16:48
Droqba Afrikanın ən yaxşı futbolçusu olmaq istəmir
Bakı. Mehman Süleymanov - APA-Sport. Londonun “Çelsi” klubunun hücumçusu Didye Droqba Afrikanın ən yaxşı futbolçusu olmaqdan imtina edib. “APA-Sport”un məlumatına görə, bu il “qara qitə”nin ən yaxşı oyunçusu ilə bağlı siyahıda yer alan Kot d’İvuar yığmasının 30 yaşlı kapitanı namizədliyini geri götürməyi daha məqsədəuyğun sayıb: “Mən Afrikanın ən yaxşı futbolçusu ilə bağlı mübarizədə iştirak etməməyi qərara aldım. Fikrimcə, bu müsabiqə artıq qiymətini itirib”.
Vaxtilə Afrikanın ən yaxşı futbolçusu seçilən Droqba ilə birgə namizədlər arasına “Çelsi”dəki komanda yoldaşı Maykl Essyen, habelə Emmanuel Adebayor, Əmir Zəki, Məhəmməd Abutrika daxil olub. Didye yığmasının Qvineya millisi ilə oyunundan öncə keçirilən namizədlərin təqdimetmə mərasimə gəlməməklə, yarışmanı boykot etdiyini nümayiş etdirib.
Qeyd edək ki, bu ilin ən yaxşı futbolçusu Afrikanın milli komandalarının səsverməsi yolu ilə müəyyənləşəcək.
0