Məşhur rəqqasə də Araqonesi dəstəklədi
15.10.2008 - 17:06
Məşhur rəqqasə də Araqonesi dəstəklədi
Bakı - Kənan Həsənov. Uğursuz mövsüm keçirən “Fənərbaxça” klubunun baş məşqçisi Luis Araqonesi dəstəkləyənlərin sırasına sürpriz bir isim də qoşulub. “APA-Sport”un məlumatına görə, son olaraq ispan mütəxəssisə Türkiyənin ən tanınmış rəqqası Asena dəstək verib.

“Araqones nizam-intizamı sevən məşqçidir. Onun işinə müdaxilə edilməzsə, uğur qazanacaq. İspan mütəxəssisə güvənmək lazımdır” – deyə, Asena vurğulayıb.

“Fənərbaxça” azarkeşi kimi tanınan Asena Əmrə Bələzoğlunun transferinə ehtiyac olmadığını bildirib. Onun fikrincə, belə futbolçuların Türkiyəni Avropada təmsil etmələri daha məqsədəuyğundur.

Peşəkar kikboksçu olduğunu bildirən Asena hər gün 90 dəqiqə məşq etdiyini və Türkiyə yığmasının şərəfini qorumaq istədiyini də vurğulayıb.


0