Berti Foqtsun 9-cu “kəşfi”
16.10.2008 - 09:54
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bəhreynlə qarşılaşmada daha bir futbolçu Azərbaycan milli komandasında debüt edib. “APA-Sport”un məlumatına görə, Manamadakı səfər oyunu “Neftçi”nin müdafiəçisi Emin Cəfərquliyevin milli karyerasında birinci matç olub. 18 yaşlı Cəfərquliyev yığmanın tarixinə 156-cı futbolçu kimi düşdü. Müdafiəçi almaniyalı mütəxəssis Berti Foqtsun rəhbərliyi altında milli komandada debüt edən 9-cu oyunçu oldu. Cəfərquliyevə qədər Cavid Hüseynov, Elvin Məmmədov, Fabio Luis Ramim, Kamran Ağayev, Araz Abdullayev, Aqil Nəbiyev, Ruslan Əmircanov, Vladimir Levinə də debüt etmək şansını məhz millinin indiki çalışdırıcısı vermişdi.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0