“Azərbaycanla oyunda Bəhreynin meydanda olub-olmadığını bilmədik”
16.10.2008 - 10:51
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bəhreyn milli komandasının öz meydanında Azərbaycana uduzmağını adadakı futbol ictimaiyyətində narazılıq yaradıb. “APA-Sport”un məlumatına görə, ərəb mətbuatı çexiyalı Milan Maçalanın rəhbərlik etdiyi Bəhreyn yığmasının göstərdiyi oyunu da bəyənməyib. Onların fikrincə, Azərbaycanla qarşılaşmada təkcə nəticə yox, futbolçuların meydanda göstərdiyi oyun də qənaətbəxş sayıla bilməz: “Bəhreyn milli komandasının Azərbaycanla qarşılaşmadan hansı faydanı götürdüyünü söyləmək çətindir. Yəqin ki, Milan Maçala yalnız texniki cəhətdən yararlanıb. Mümkün qədər çox əvəzləməyə əl atan mütəxəssis bütün oyunçularını sınamaq məqsədi güdürdü. Oyunun özünə gəlincə isə, Azərbaycanla oyunda millimizin meydanda olub-olmadığını bilmədik”.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0