Milli komandamız UEFA-da sonuncudur
23.12.2008 - 12:13
Milli komandamız UEFA-da sonuncudur
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası (U-21) UEFA-nın reytinqində 50-ci yerdə qərarlaşıb. Apasport.az saytının məlumatına görə, millimiz qitə futbol qurumun son sıralamasında xal toplayan komandalar arasında sonuncudur. Düzdür, Azərbaycandan sonrakı iki yerdə müvafiq olaraq, Lixtenşteyn və Lüksemburq yığmaları da var. Ancaq məsələ ondadır ki, hər iki “cıtrdan ölkə”nin hesabında xal yoxdur. Belə olan halda, Azərbaycanın U-21-i UEFA-nın sıralamasında hesabında xal olanlar arasında axırıncıdır. Yığmamızın hesabında olan 0,250 xal son iki seçmə mərhələdə qazanılıb.

UEFA reytinqini müəyyənləşdirərkən, komandaların son iki seçmə mərhələdə topladığı xalları keçirilən rəsmi oyunların sayına bölərək, əmsal çıxarılır. 2006/07 və 2008/09 mövsümlərində keçirdiyi 12 oyunda 3 xal qazanan Azərbaycanın U-21-nin əmsalı belə hesablama nəticəsində 0,250 alınıb.

Qeyd edək ki, U-21-lərin 2011-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatması gələn ilin fevralın 4-də Danimarkanın Orxus şəhərində keçiriləcək. Yığmamız sonuncu - E səbətində yer alıb.
0