Türkiyə futbolunda seks qalmaqalı
25.12.2008 - 18:30
Türkiyə futbolunda seks qalmaqalı
Türkiyə futbolu növbəti qalmaqalla çalxalanıb. Apasport.az saytının məlumatına görə, vaxtilə “Əskişəhərspor” klubunun şərəfini qoruyan Mətin Avras və yaxın dostu Adnan Bükülməz 18 yaşlı qızı zorlamaqda təqsirləndirilib.

Amma həyat yoldaşından boşanmış 39 yaşlı Avras bütün ittihamları rədd edib: “Ona hədə-qorxu gəlmədim. Öz razılığı ilə cinsi əlaqədə olduq. Mənə 18 yaşında olduğunu da demədi”.

Adı açıqlanmayan zərərçəkən xanım isə tam fərqli sözlər deyib. O, keçmiş futbolçunun dostu tərəfindən də zorlandığını bildirib: “Mətin mənimlə evlənmək istədiyini dedi. Daha sonra birlikdə spirtli içki qəbul etdik sonra isə məni zorladı. Bundan xəbər tutan dostu da şantaj yolu ilə mənimlə cinsi əlaqəyə girdi”.

Qeyd edək ki, adıçəkilən şəxslərin günahı sübut olunarsa, onları 15 ilədək həbs cəzası gözləyir.
0