Bekhem və Ronaldo “mavi”lərin müdafiəsinə qalxır
06.01.2009 - 18:28
Bekhem və Ronaldo “mavi”lərin müdafiəsinə qalxır
Məşhur futbolçular Devid Bekhem, Kriştianu Ronaldo və Ueyn Runi seksual azlıqları müdafiə edəcək. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in oyunçularından bu məqsədlə video çarxa çəkilmək xahiş olunub. Çarx İngiltərənin stadion və məktəblərində nümayiş olunacaq. Aksiyanın əsas məqsədi sosial müəssisələrdə və futbol meydançalarında seksual azlıqların hüquqlarının tapdalanması uğrunda mübarizədir.

İngiltərədə homoseksualları müdafiə edən təşkilatın rəhbəri Piter Tetçell aksiyada qeyri-adi seksual oriyentasiyası olan futbolçuların da iştirak etmək istəyində olacağına ümid edir: “Bir sıra homoseksual futbolçuları tanıyıram ki, onlar hələ özlərini belə təqdim etməyə qorxurlar. Əgər bu çarx ictimaiyyətdə yaxşı qəbul olunsa, futbolçular özlərinə inanaraq, öz oriyentasiyalarını gizlətməyəcəklər. Mən bu aksiyanın iştirakçılarının siyahısında Devid Bekhem, Kriştianu Ronaldo, Ueyn Runi ilə yanaşı, Rio Ferdinand, Piter Krauç, Devid Ceyms, Con Terri, Frenk Lempard, Teo Uolkott və Maykl Ouenin də iştirak etməsini istərdim”.
0