Nazim Süleymanov milli komandada
06.04.2009 - 13:46
Azərbaycan milli komandasının sabiq kapitanı Nazim Süleymanov 21 yaşlılardan ibarət yığmada (U-21) çalışacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 44 yaşlı mütəxəssis milli komandada məşqçi vəzifəsinə təyin olunub. Süleymanov U-21-in baş məşqçisi, almaniyalı Bernard Lippertə kömək edəcək.
Veteran futbolçumuz buna qədər əsas yığmamızın çalışdırıcısı Berti Foqtsun yardımçısı olub. Ötən ilin martın 26-da Litva yığması ilə keçirilən yoldaşlıq görüşündə (0:1) milli komandamızın baş məşqçi əvəzi olan Süleymanov daha sonra Foqtsun rəhbərlik etdiyi məşqçilər korpusunda yer almışdı. Ona seleksiyaçı-məşqçi vəzifəsi tapşırılmışdı. Süleymanov eyni zamanda makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin köməkçisi kimi, “Bakı-2”nin baş məşqçisidir.
Qeyd edək ki, futbolçu karyerası boyu “Neftçi”də, həmçinin Rusiyada uğurla çıxış edən Süleymanov 1995-ci ildə Vladiqafqazın “Alaniya” klubunun heyətində çempion titulu qazanıb. Uzun müddət milli komandamızda kapitan sarğısını daşıyan veteran futbolçu yığmamızın ilk rəsmi qolunun müəllifidir.

0
0