Beş futbolçu totalizator oyununda yaxalandı
08.04.2009 - 10:40
Beş futbolçu totalizator oyununda yaxalandı
İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi (İFA) 5 futbolçunu totalizator oynamaqda ittiham edib. Apasport.az saytının məlumatına görə, ittiham olunanlar bu ölkənin 4-cü liqasında çıxış edən - Cey Harris, Devid Menniks, Robert Uilyams, Piter Kavana və Endryu Menqandır. İlk dörd futbolçu “Ekkrinqton Stenli”, Endryu isə “Beri” klubunun şərəfini qoruyur.

Futbolçuların hamısı bu komandaların görüşündə “Beri”nin qələbəsinə pul qoyublar. Gözlənilən nəticə qeydə alınıb və “Ekkrinqton Stenli” 0:2 hesabı ilə uduzub. Özü də Herrislə Kavanaq bu oyunda 90 dəqiqə meydanda olublar. “Ekkrinqton Stenli”nin futbolçuları bilərəkdən, öz komandalarının məğlubiyyətə sürükləməkdə suçlanırlar.

Oyunçuların qoyduğu məbləğ 5 funt-sterlinqdən 5 min funt-sterlinqə qədər olub. Hazırda araşdırma davam etdirilir. Futbolçular irəli sürülən ittihamla bağlı aprelin 23-dək şikayət etmək hüququna malikdirlər.

Qeyd edək ki, İFA-nın qaydalarına görə, futbolçular oynadıqları görüşlərdə pul qoyuluşu edə bilməzlər.
0