AFFA-dan Şahin Diniyevin qohumuna böyük etimad
08.04.2009 - 11:24
AFFA-dan Şahin Diniyevin qohumuna böyük etimad
Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, ötən turun qalmaqallı “Olimpik” – “Bakı” görüşünü idarə etmiş Zöhrab Qədiyev və köməkçiləri Munis Abdullayevlə Aydın Ələkbərov bu həftə təyinat almayıb.

Hakimlər Komitəsi həmin görüşdə baş verənləri araşdırdığından bu hakimlərin XXI turda iştirak etməsini məqsədəuyğun saymayıb. 45 yaşlı sabiq FİFA referisi Qədiyevin meydana çıxmayacağı turda mövsümdə 17-ci oyununu idarə edəcək Vüsal Əliyev bu göstəricidə vahid liderliyə yüksələcək.

Prinsipial rəqiblər “Neftçi” və “Xəzər-Lənkəran”ın qarşılaşması gənc hakim Anar Salmanova tapşırılıb. Hakimlər Komitəsi MOİK - “İnter” matçını debütanta həvalə etməyi lazım bilib. Belə ki, bu görüşdə fit çalacaq Ramil Diniyev Premyer Liqada baş hakim kimi debüt edəcək. O, yığmamızın sabiq baş məşqçisi, “Terek”in əvəzedicilərdən ibarət komandasının çalışdırıcısı Şahin Diniyevin qohumudur.

XXI tur
11 aprel (şənbə)


“Muğan” - “Qarabağ”

Baş hakim: Vüsal Əliyev
Hakim köməkçiləri: Orxan Məmmədov, Roman Vasilyev, Ceyhun Haşımov

“Simurq” - “Bakılı”
Baş hakim: Hacıəli Ağayev
Hakim köməkçiləri: Həsən Babayev, Eldar Nağıbəyov, Feyzulla Feyzullayev

“Standard” - “Bakı”
Baş hakim: Fariz Yusifov
Hakim köməkçiləri: Elman Musayev, Vaqif Musayev, Zöhrab Əliyev

12 aprel (bazar)

“Neftçi” - “Xəzər-Lənkəran”

Baş hakim: Anar Salmanov
Hakim köməkçiləri: Azər Əsgərov, Azad Q.Hüseynov, Rasim Məmmədov

MOİK - “İnter”
Baş hakim: Ramil Diniyev
Hakim köməkçiləri: Mehman Mahmudov, Qəzənfər Məmmədov, Elçin Səmədli

“Turan” - “Karvan”
Baş hakim: Elçin Məmmədov
Hakim köməkçiləri: Habil Əliyev, Mübariz Haşımov, Elnur Muradov

“Qəbələ” - “Olimpik”
Baş hakim: Rövşən Əhmədov
Hakim köməkçiləri: Samir Hacıyev, Rauf Məmmədov, Elvin Əsgərov
0