Yığmamız 140-cı pillədə: 15 ildə ilk dəfə
08.04.2009 - 14:08
Azərbaycan milli komandası 15 illik tarixində FİFA-nın reytinqində ilk dəfə 140-cı pillədə qərarlaşıb. Apasport.az saytının hesablamalarına görə, bu, bir ildir yığmamızın baş məşqçisi olan Berti Foqtsun dövründə ən pis göstərici deyil. Belə ki, almaniyalı mütəxəssisin komandası FİFA-nın 2008-ci ilin oktyabrında açıqladığı siyahıda 143-cü yerdə olub.
Ümumiyyətlə, ardıcıl iki ildir aprel reytinqləri bizim üçün düşərli olmur. Ötən ilin bu vaxtında Azərbaycan FİFA-nın reytinq cədvəlində birdən-birə 18 pillə geriləyib və 119-dan 137-ci sıraya düşüb. Foqtsun dövründə bizim üçün ən yaxşı yer 133-cü pillə olub ki, bu da ötən ilin iyununa təsadüf edib.
Milli komandamız FİFA-nın reytinqində 140-cı pillədən aşağıda sonuncu dəfə 1996-cı ilin fevralında olub. Həmin vaxt ölkədəki gərgin siyasi vəziyyətlə əlaqədar ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirmiş yığmamız 141-170-ci yerlərdə var-gəl edib. Azərbaycan 1994-cü ildə FİFA və UEFA-nın üzvlüyünə qəbul olunduqdan sonra reytinq cədvəlində yer alır. Həmin vaxt 170-ci sırada qərarlaşan milli komandamız bu vaxta qədər ən yaxşı halda, 97-ci pilləyə yüksələ bilib. Bu, 3 dəfə - 1999-cu ilin iyununda, dekabrında və 2000-ci ilin yanvarında baş verib.

0
0