Klub prezidenti futbolçuları hədələdi
08.04.2009 - 14:55
İtaliyanın “Latsio” klubunun prezidenti Klaudio Lotito futbolçularını hədələyib. Apasport.az saytının məlumatına görə, o, oyunçuları evlərinə buraxmayacağını bəyan edib. Lotito bildirib ki, futbolçular cari mövsümün son turlarında var gücləri ilə mübarizə aparmayacaqları halda, onları bütün sutka boyu məşq düşərgəsində saxlayacaq.
Romanı təmsil edən komanda A seriyasında keçirdiyi son 3 oyunda nəinki uduzub, hətta qol da vura bilməyib. Prezidentin səbir kasası isə artıq daşıb: “Bu vaxt kimi mən bir ata kimi onları başa düşürdüm. Ancaq çempionatın axırıncı 8 görüşündə radikal dəyişiklik görməsəm, amansız hakim olacağam. Komandanı bütün sutka boyu bazada saxlayacağam. İstəyim odur ki, futbolçular son 8 oyununa final kimi yanaşıb, meydanda qan-tər axıtsınlar. Klubla yanaşı, azarkeşlərə də hörmətsizliyi qəbul edə bilmərəm”.

- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0