Emin Ağayev qol vurdu, Krımskı tərk etdi
08.04.2009 - 15:36
Emin Ağayev qol vurdu, Krımskı tərk etdi
Azərbaycan yığmasının sabiq futbolçusu Emin Ağayev Rusiyanın ikinci divizionunda mübarizə aparan Tverin “Volqa” klubunun heyətində növbəti qolunu vurub. Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi komandasının yeni mövsümə hazırlıq məqsədilə keçirdiyi sonuncu qarşılaşmada fərqlənib.

Tverlilərin “Başinformsvyaz-Dinamo”nu 3:0 hesabı ilə məğlub etdiyi görüşdə böyük hesablı qələbənin təməlini elə Ağayev qoyub. Matçın 2-ci dəqiqəsində hesabı açan Emin künc zərbəsindən ötürməni başla qapıya göndərib.

Artıq “Volqa” Krımsk şəhərindəki hazırlığı yekunlaşdırıb. Tver təmsilçisi cari mövsümdə ik rəsmi oyununu aprelin 18-də səfərdə “Zelenoqrad”a qarşı keçirəcək.