“Olimpik”dən qəti qərar: Mahir Şükürov cəzalandırıldı!
08.04.2009 - 16:57
Bu gün “Olimpik” rəhbərliyi klubdaxili iclas keçirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumatına görə, rəhbərlik və məşqçi heyətinin iştirakı etdiyi toplantıda Azərbaycan Premyer Liqasının son turunda “Bakı” ilə görüşdə (2:1) baş verənlər müzakirə olunub.
Həmin matçda yaşanan olaylara toxunan “Olimpik”in baş məşqçisi Əsgər Abdullayev futbolçuların çıxışı barədə qısa məlumat verib. Xüsusilə, Mahir Şükürovun oyun nizam-intizam qaydalarını yerinə yetirməməsi vurğulanıb. Belə hərəkəti yolverilməz hesab edən Abdullayev Şükürovla bağlı konkret təklif irəli sürüb. Baş məşqçinin təklifi əsasında nizam-intizamsızlığa, futbolçuya yaraşmayan hərəkətlərə yol verdiyi üçün Mahir müəyyən müddətə əvəzedici komandaya göndərilib. Eyni zamanda, Şükürov maddi cəzaya da məruz qalıb.
Qeyd edək ki, “Olimpik” sözügedən matçın 51-ci dəqiqəsində, hesab 1:0 “Bakı”nın xeyrinə olarkən, “Fair play” qaydalarına zidd hərəkət edərək, bərabərlik qolunu vurub. Həmin epizodda "Olimpik"in hücumçusu Junivan Suaresin cərimə meydançasında zədələndiyini görən “Bakı”nın üzvü Fernando Peres topu bilərəkdən auta göndərib. O, topu yan xətdən çıxarmaqla, "Fair play" qaydalarına uyğun olaraq, Suaresə yardım göstərilməsinə şərait yaradıb. Ancaq Suares az sonra ayağa qalxaraq, oyunu davam etdirəcəyini bildirdiyindən, həkim müdaxiləsinə ehtiyac qalmayıb. "Olimpik"in digər futbolçusu Mahir Şükürov isə topu autdan gözlənildiyi kimi, “Bakı”nın oyunçularına yox, Suaresə ünvanlayıb. Nəticədə Suares qüvvətli zərbə ilə hesabı bərabərləşdirib.
Bundan başqa, Mahir “Bakı”nın futbolçusuna qarşı bilərəkdən, kobud oynamaqda da ittiham olunur.

0
0