Roman Abramoviç yaxtasını qumarda uduzdu
04.05.2009 - 13:56
Roman Abramoviç yaxtasını qumarda uduzdu
İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç sevimli məşğuliyyətinin ziyanını çəkib. Apasport.az saytının məlumatına görə, nadir hallarda komandasının məğlubiyyətinə üzülən rusiyalı milyarder bu dəfə özü uduzub.

Özü də bu məğlubiyyət ona şəxsi yaxtası hesabına başa gəlib. “Çelsi”nin “Barselona” ilə səfər oyununu izləmək üçün İspaniyaya yollanan milyarder londonluların heç-heçəsinə sevinsə də, şəxsi uğursuzluğuna məyus olub. Belə ki, poker oyununun “xəstə”si olan Abramoviç öz yaxta kolleksiyasının “mirvarisi” saydığı 115 metrlik “Peloras”ı uduzub. 500 min avro dəyəri olan yaxtasını qumara qoyub uduzan rusiyalı bunu gizlətməyə çalışıb.

Lakin baş verənlər mətbuata sızdıqda məlum olub ki, Abramoviçlə yanaşı, onun həyat yoldaşı Darya Jukova da həmin “yaxta uduzmaq” səhnəsinin şahidləri arasında olub. Milyarderin xanımı da poker “xəstəliy”inə tutulduğundan onun da başı oynamağa bərk qarışıb.

Qeyd edək ki, Abramoviç və xanımı yarım milyonluq itkidən sonra istirahət etmək üçün Siciliyaya yollanıblar.
0