Bu gün AFFA-nın “Fan shop”u açılıb - FOTOSESSİYA
14.05.2009 - 13:01
Bu gün AFFA-nın “Fan shop”u açılıb - FOTOSESSİYA
Bu gün AFFA-nın həyətində “Fan shop” fəaliyyətə başlayıb. AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, “Fan shop”da milli komandamıza aid geyim növlərini, aksessuarları almaq olar.

“Burada futbol üzrə əsas milli komandayadək bütün yığmalarımızın geyimləri, atributları satışa çıxarılıb. Həmçinin, “Fan shop”da uşaqlar və böyüklər üçün toplar, AFFA-nın aksessuarları - saatlar, qələmlər, bloknotlar, dəftərlər, breloklar satılacaq” - deyə Məmmədov vurğulayıb.

Baş katib qiymətlər baxımdan narahatçılığa ehtiyac olmadığını söyləyib: “Fan shop”da qiymətlər çox münasibdir. Avropada ən ucuz və keyfiyyətli idman malları burada satılır”.
0