“Real”ın futbolçusu yeni sevgili tapdı - FOTO
22.05.2009 - 18:39
“Real”ın futbolçusu yeni sevgili tapdı - FOTO
Hollandiya milli komandasının və “Real”ın futbolçusu Uesli Sneyderin yeni sevgilisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Yolanda Kabau van Kasbergenə aşiq olub. Sevgililər Amsterdam şəhərindəki avtomobil dayanacaqlarından birində öpüşdükləri zaman kameralara tuş gəliblər.

Bir müddət əvvələdək məşhur tennisçi Daniela Xantukova ilə sevgi macərası yaşayan Sneyderin yeni sevgilisi iki dəfə FHM jurnalının Hollandiya versiyası tərəfindən ilin ən seksual xanımı seçilib.

24 yaşlı Yolanda böyük ailədən çıxıb. Onun dörd qardaşı və səkkiz bacısı var.
0