Rəşad Sadıqov: “Rusenborq”un müəyyən qədər üstünlüyü var
15.07.2009 - 13:04
Rəşad Sadıqov: “Rusenborq”un müəyyən qədər üstünlüyü var
“Rəqibin müəyyən qədər üstünlüyü var. Bizdə mövsüm hələ başlamayıb, cəmi 3 yoxlama matçı keçirmişik. Norveçdə isə hazırda çempionat davam edir”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov deyib.

Azərbaycan yığmasının da şərəfini qoruyan Sadıqov Avroliqada Ağdam təmsilçisinə kömək edəcək. 27 yaşlı müdafiəçi sabah qarşılaşacaqları “Rusenborq” klubunun daha təcrübəli olduğunu bildirib. O, Tronheym təmsilçisinin rəsmi saytına açıqlamasında proqnoz verməyə çətinlik çəkib: “Rusenborq”un avrokuboklarda böyük təcrübəsi var. Bizi səfər matçında hansı nəticənin qane etdiyini deməyəcəyəm. Əsas odur ki, yaxşı oyun göstərək. Bunu bizdən azarkeşlərimiz gözləyir”

Sadıqov vurğulayıb ki, “Rusenborq”un heyətində ən təhlükəli futbolçu 33 yaşlı İversendir: “O, yaxşı futbolçudur. Vaxtilə milli komandada oynayıb. Həmçinin uzun müddət legioner həyatı yaşayıb. Düzdür onun konkret hansı klubların formasını geyindiyini xatırlamıram”
0