Seçmə mərhələlər tarixinə baxış
15.10.2009 - 23:05
Seçmə mərhələlər tarixinə baxış
Azərbaycan yığması 17 illik tarixində 8-ci seçmə mərhələni başa vurdu. Apasport.az saytının hesablamalarına görə, həm Avropa, həm də dünya çempionatında bərabər sayda (hərəyə 4 dəfə) iştirak edən milli komandamız rekord etməyə yaxın olsa da, buna nail bilmədi.

Alman baş məşqçi Berti Foqts yığmamızın sükanı arxasında olmuş azərbaycanlı həmkarı İqor Ponomaryov kimi, seçmə mərhələni əvvəldən sonadək başa vurdu və topladığı 5 xalla rekorda şərik çıxdı. Bundan çox xal toplamaq üçün bir seçmə mərhələdə ilk dəfə iki qələbə qazanmaq lazım idi. Ancaq əvvəlki seçmə mərhələlərdə olduğu kimi, ən yaxşı halda 1 dəfə qalib gəldik. Yeri gəlmişkən, milli komandamız buna qədər iki seçmə mərhələdə qələbə üzünə həsrət qalıb.

Heç-heçələrin sayına görə ötən seçmə mərhələdə əldə edilən göstərici təkrarlandı – 2. Bundan çox (3 dəfə) bir dəfə olub ki, həmin seçmə mərhələdə (DÇ-2006) qələbə qazanmadığımız üçün bundan az xal toplamışıq. Məğlubiyyətlərin sayı 7 oldu ki, bu, artıq 4-cü belə nəticədir. Özü də maraqlıdır ki, milli komandamız bir seçmə mərhələdən bir məhz 7 dəfə uduzur. Bundan az cəmi bir dəfə məğlub olmuşuq. Ancaq həmin seçmə mərhələdə (AÇ-2004) ən az, 8 oyun keçirdiyimizi nəzərə almaq lazımdır.

Foqtsun nailiyyəti buraxılan topların sayının azlığı ilə bağlıdır. Belə ki, milli komandamız indiyə kimi heç vaxt bir seçmə mərhələdə belə az (14) top buraxmamışdı. Müqayisə üçün deyək ki, əvvəlki seçmə mərhələdə bundan iki dəfə çox qol buraxmışıq. Nizam-intizamlı oyuna üstünlük verən Foqts qurduğu etibarlı müdafiəsi ilə seçildi. Təsadüfi deyil ki, alman mütəxəssisin çalışdırdığı yığmamız cari seçmə mərhələdə yalnız bir dəfə böyük hesabla uduzdu – 0:4. Foqts bunu vətənində həmyerliləri (Almaniya yığması) ilə görüşdə aldı. Qalan oyunlarda yığmamız bir görüşdə ən çoxu iki dəfə qapısında top gördü.

Ancaq qol vurmaq baxımından böyük problemlə üzləşən Foqtsun komandası yalnız seçmə mərhələnin sonunda susqunluğa son qoydu və 4 görüşün 3-də rəqib qapısına yol tapdı. Bu, seçmə mərhələlərimiz tarixində 4-cü göstəricidir. Ən çox (6) AÇ-2008-də qol vurmuşuq ki, həmin vaxt ən çox oyun (12) keçirdiyimizi qeyd etməliyik.

Foqtsun digər uğuru ardıcıl iki rəsmi görüşdə uduzmayaraq, xal qazanmaqdır. Yəni mili komandamız indiyə kimi nəinki 4 gündə keçirilən cüt, ümumiyyətlə ardıcıl oyunlarda buna nail ola bilməyib. Foqtsun Ponomaryovla göstəricilərinin demək olar eyni olmağı diqqət çəkir. Fərq yalnız buraxılan topların sayına və qrupda tutulan yerə görədir.

Foqts hər iki komponentdə Ponomaryovu üstələyir. Ən çox xal toplayan baş məşqçilərdən biri də Şahin Diniyevdir ki, o, Foqts və Ponomaryovdan fərqli, seçmə mərhələni əvvəldən sonadək başa çatdıra bilmədi və iki oyuna qalmış istefa verdi.

Milli komandamız seçmə mərhələlər tarixində yalnız iki dəfə qrup sonuncusu olmayıb və hər iki halda, Lixtenşteyn yığmasını qabaqlayıb. Foqts 10 illik fasilədən sonra bu həsrətə son qoydu. Ancaq istənilən halda, qrupda 5-ci yerdən yuxarı yüksəlmək yığmamıza nəsib olmayıb.

Turnir 

 O

 Q

 T

Yer 

Qrupda say 

Baş məşqçilər 

AÇ-96 

10 

 0

2-29 

6-cı 

6 komanda 

Ağasəlim Mircavadov/ 

Kazbek Tuayev 

DÇ-98 

3-22 

5-ci 

5 komanda 

Kazbek Tuayev/Vaqif Sadıqov 

AÇ-2000 

10 

6-26 

5-ci 

6 komanda 

Vaqif Sadıqov/Əhməd Ələsgərov 

DÇ-2002 

10 

4-17 

6-cı 

6 komanda 

İqor Ponomaryov 

AÇ-2004 

5-20 

5-ci 

5 komanda 

Vaqif Sadıqov/Əsgər Abdullayev 

DÇ-2006 

10 

1-21 

6-cı 

6 komanda 

Karlos Alberto Torres (Braziliya)/Vaqif Sadıqov 

AÇ-2008 

12 

6-28 

8-ci 

8 komanda

Şahin Diniyev/Qyoko Hacıyevski (Makedoniya) 

DÇ-2010 

10 

4-14 

5-ci  

6 komanda 

Berti Foqts (Almaniya) 

0