Berti Foqtsun 15 ən yaddaqalan sitatı - FOTOSESSİYA
22.10.2009 - 13:53
2008-ci ilin aprelindən Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini yerinə yetirən Berti Foqts ölkəmizdə çalışdığı ilyarım müddətində bir sıra maraqlı məqamlarla yadda qaldı. İşə bağladığı dövrlərdə azərbaycanlı jurnalistlərlə mübahisələrə girişən almaniyalı mütəxəssis sonradan bu xoşagəlməz adətindən əl çəkdi. O, yığmamızda fəaliyyətdə olduğu dövrdə bəzən qalmaqallı, bəzən ziddiyyətli, bəzən isə düşündürücü açıqlamalar verdi.
Apasport.az saytı Foqtsun ölkəmiz, milli komandamız, futbolçularımız barədə söylədiyi 15 ən yaddaqalan sitatı müəyyənləşdirib. Bu sitatların köməyi ilə yaxın keçmişə səyahət edəcəyik və almaniyalı çalışdırıcının bir sıra vədlərinin, istəyinin həyata keçmədiyini xatırlayacağıq.
14 aprel 2008-ci il. Berti Foqtsun Azərbaycan yığmasının baş məşqçi postunda təqdimat mərasimi
“Təbii ki, biz 2010-cu ildə dünya çempionu ola bilmərik. Ancaq qrupumuzda Almaniya, Rusiya kimi komandalardan xallar ala bilərik. Desək ki, 30 xal yığacağıq, siz məni yalançı adlandıracaqsınız. Desəm ki, 3 xal toplayacağıq, onda cavabınız “çıxıb gedin” olacaq”.
13 may 2008-ci il. Almaniya mətbuatına müsahibə
“Bakı inanılmaz dərəcədə gözəl və köhnə tikililərlə insanları özünə cəlb edir. Bura italyan şəhərinə bənzəyir. İnsanları da çox səmimidirlər. Bakıda benzin elə də baha deyil, 39 sentdir. Bir də ki, avtomobilim olmadığından, benzinin qiyməti məni maraqlandırmır. Düşünürəm ki, bir neçə ildən sonra bu ölkə almaniyalılar üçün populyar istirahət mərkəzi olacaq. Bakıda yalnız nəqliyyat problemi var ki, daim yollarda tıxaclarla üzləşirsən. O ki qaldı Azərbaycanla Nigeriya futbolunun oxşarlığına, bu vəziyyət müqayisə oluna bilərmi? İndi istəyirsiniz ki, alma ilə armudu müqayisə edim? Heç kim orada mənimlə necə rəftar edildiyini düşünmür. Afrika tam başqa qitə idi”.
8 avqust 2008-ci il. AFFA-nın rəsmi saytına müsahibə
“Lixtenşteyn yığması ilə görüşlərdə 6 xal toplamağa borcluyuq. Uels və Finlandiya komandalarına qarşı yaxşı oyun nümayiş etdirməliyik. Ayda 4 həftə var. Mənə 4 həftənin yalnız 1-i lazımdır. Bəyəm bu çoxdur? Qəribədir, Azərbaycan millisinin baş məşqçisi təyin olunduğum ilk vaxtlarda bəzi mətbu orqanlar Bakıda az vaxt keçirdiyimi bildirirdilər, indi isə futbolçulara çox məşq keçmək istədiyimə görə narazılıqlar baş qaldırır”.
29 avqust 2008-ci il. Bakıda keçirilən mətbuat konfransı
“Dünya çempionatının seçmə qrup mərhələsində mümkün qədər çox xal toplamağa çalışacağıq. Bizim üçün 6 xal az, 30 xal isə çoxdur. Nəticə haqda verdiyiniz suallar heç xoşuma gəlmir. Yığmanın futbolçuları “ikinci mərtəbə”də oynaya bilmirlər. Məndən öncə 10 ilə bu problemi həll etməyi bacarmayıblarsa, 10 günə nə edə bilərəm ki? Oyunçulara ilk növbədə topa tullanmağı öyrətməliyik. Onlar rəqibə yox, topa tərəf tullanmağı bacarmalıdırlar ki, zərbə də vura bilsinlər”.
8 sentyabr 2008-ci il. Almaniyanın ARD telekanalına müsahibə
“Azərbaycanlı futbolçular öz çempionatlarında necə oynamağı bilirlər. Ancaq beynəlxalq futboldan anlayışları yoxdur. Hərdən öz-özümdən soruşuram: doğrudanmı, Azərbaycanda dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqlarını düşünürlər? Belə vaxtlarda çemodanımı yığışdırıb, evə qayıtmaq istəyirəm”.
22 sentyabr 2008-ci il. Almaniya mətbuatına müsahibə
“Bizim dünya çempionatının final mərhələsinə çıxmağımızı sadəlövh, heç vaxt oyunlarımıza gəlməyən jurnalistlər gözləyir. Belələri burada çoxdur. Odun üstə yağ tökən insanlar da bundan istifadə edərək istefamı istəyir. Təbii ki, AFFA nümayəndələri arasında da belələri var. Azərbaycanda futbolu inkişaf etdirmək əsl macəradır. Burada əksər futbolçular həyatlarında ilk dəfə şporlu butslar geyirdi. Biz bu ayaqqabıları Uelslə matçdan 3 gün əvvəl almışdıq. Bəzi futbolçular Kardiffdə ömürlərində ilk dəfə yağış altında oynadılar. Mənim oyunçularıma “İnter”də də yer tapılmır. Rəsmi olaraq deyirlər ki, onları yığma üçün qoruyuruq. Əslində, bu sayıqlamaqdır. Həm də Azərbaycanda futbolçular az məşq edirlər. Avropa futbolçuları həftədə 25 saat məşq edirsə, Azərbaycanda bu rəqəm 6,5 saatdır”.
9 oktyabr 2008-ci il. Almaniya mətbuatına müsahibə
“Azərbaycanda özümü elə hiss edirəm ki, sanki məni 90-cı illərə atıblar və məşqçiliyə yenidən başlayıram. Futbolun dirçəlişinə yenidən təməldən başlayıram və bu, mənə zövq verir. Azərbaycanı gəzərkən ölkə kubokunun sahibi “Xəzər-Lənkəran”ı iş başında görmək üçün İranla sərhədə kimi getdim. Sonradan digər klubların məskunlaşdığı Gürcüstanla sərhədə qədər uçdum. Bir neçə ildən sonra böyük turnirlərin final mərhələsinə çıxmağa iddia edəcəyimiz istisna deyil”.
19 noyabr 2008-ci il. Azərbaycan - Albaniya matçından sonra Bakıda keçirilən mətbuat konfransı
“Hans-Yurgen Gede mənim telefon zənglərimə cavab vermir. Dəfələrlə onunla əlaqə saxlasam da, söhbətimiz baş tutmayıb. Yaxşı olardı ki, Rəşad Sadıqov və Aleksandr Çertoqanovun "Neftçi"dən uzaqlaşdırılmasının səbəbini Gededən soruşasınız”.
24 mart 2009-cu il. Rusiya yığması ilə oyundan öncə Bakıda keçirilən brifinq
“Biz oyunları təhlil edəndə, İlqar Qurbanov yatır. Mənə “MakDonalds”da hamburgerlə qidalanan futbolçu lazım deyil. O, 1000 metri 5 dəqiqəyə ancaq qaçır. Bu, olduqca çox pis göstəricidir. 63 yaşım olsa da, İlqardan daha çox qaçıram. Azərbaycan milli komandasında baş məşqçi işlədiyim müddətdə Qurbanov bir daha milli komandaya çağırılmayacaq. O, Türkiyədə ulduz ola bilər, amma burda heç kimdir”.
2 iyun 2009-cu il. Türkiyə - Azərbaycan yoldaşlıq görüşündən sonra Kayseridə keçirilmiş mətbuat konfransı
“Azərbaycan milli komandası 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilər. İndi bir pillədəyiksə, 2014-cü ildə bundan yuxarıda olacağıq. Bizim futbolçular öyrənməlidirlər. Yığmanın heyətində potensiallı oyunçular var. 2014-cü ildə yuxarı pillələrə qalxacağıq deməyim, həmin il keçiriləcək dünya çempionatına vəsiqə qazanacağımız anlamına gəlmir. Əsas məqsəd 2016-cı il Avropa çempionatının final mərhələsində oynamaqdır. Çünki qitə çempionatında 24 komanda oynayır və onların arasında yer almaq nisbətən asandır. 2016-cı il Avropa çempionatına vəsiqə qazanmaq üçün mənim irəli sürdüyüm proqramla getmək lazımdır. Əks təqdirdə, Azərbaycan yığması qitə birinciliyinin də final mərhələsində oynaya bilməyəcək”.
7 sentyabr 2009-cu il. Almaniya - Azərbaycan matçından əvvəl Hannoverdə keçirilən mətbuat konfransı
“2012-ci ildə Avropa çempionatı Polşa və Ukraynada keçiriləcək. Məsafə azdır, biz ora avtobusla da gedə bilərik”.
16 sentyabr 2009-cu il. Almaniya mətbuatına müsahibə
“Azərbaycanda ruslara qarşı nifrət həddində inciklik var. Bu ölkə uzun illər ərzində rusların istismarını və zülmlərini hiss edib. Oyunçularım ruslara qarşı o dərəcədə kökləniblər ki, hətta bundan 4 gün öncə Lixtenşteynlə səfər matçımızın olduğunu unudacaqlarından qorxuram”.
14 oktyabr 2009-cu il. Azərbaycan - Rusiya matçından sonra Bakıda keçirilən mətbuat konfransı
“Mən Azərbaycanda hər gün təəccüblənirəm. Azərbaycan futbolunda gedən inkişafı, AFFA rəhbərliyinin səyləri yaxşı mənada mənim təəccübümə səbəb olur”.
15 oktyabr 2009-cu il. Apasport.az saytına eksklüziv müsahibə
“Daniel Axtyamov milli komandaya ayrı cür necə gələ bilər ki? Onun ən böyük tənqidçisi mənəm. Şübhəsiz ki, Daniel səviyyəsini yüksəltməlidir. Məşqdə görürəm ki, o, həddən artıq ləng tərpənir. Ona qaçmaq lazım olduğunu, daima hərəkət etməyin vacibliyini deməkdən yorulmuşam. Almanlarda bir misal var. Elə dediyim kimi yazın: onun dalına təpik vurmaq, qaçırtmaq lazımdır ki, oynasın”.

“Azərbaycanca “salam” sözündən başqa heç nə bilmirəm. Küveytdə işləyərkən, ərəb dilini öyrənməyə başladım. Vurğuları çox pis işlətdiyimdən, qısa müddətdən sonra tərcüməçim mənə dedi ki, ərəb dilini öyrənmək daha lazım deyil. İndi burada tərcüməçim mənə bir neçə söyüş öyrətməlidir. O, mənə pis sözlərdən ibarət siyahı versə, yaxşı olar. Çünki yaxşı sözlərlə irəli getmək çətindir. İnsan rahatlığı sevən məfhumdur. Buna görə də bəzən kobud sözlər işlətmək lazımdır”.

0
0