“Hər bir futbolçu öz zonasında düzgün oynamalıdır” - MÜSAHİBƏ
23.10.2009 - 11:13
Qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Şamil Heydərov AFFA-nın saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis dünya çempionatının seçmə mərhələlərində debüt edən yığmamızın İsveçlə sabah keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb.
- Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveç və Uels yığmaları ilə keçiriləcək oyunlara hazırlıq barədə məlumat verməyinizi istərdik…
- Bu komanda ilə 2 yarışda iştirak etməyi planlaşdırmışdıq. Artıq onlardan biri arxada qalıb. Söhbət U-19-lar arasında təşkil edilən Avropa çempionatının ilkin seçmə qrup mərhələsinin oyunlarından gedir. Bakıda təşkil edilən qrup oyunlarının yekununda ikinci mərhələyə vəsiqə qazandıq. Digər yarış isə əsas yığmanın dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunlardır. Qərara gəldik ki, əsas yığmaya U-19-un üzvlərini cəlb edək. Bizim üçün İsveç və Uels yığması ilə oyunlar U-19-lar arasında keçiriləcək ikinci mərhələyə bir növ hazırlıq xarakteri daşıyacaq. Məqsədimiz ikinci mərhələyə qədər futbolçuları funksional, taktiki və texniki cəhətdən yüksəks səviyyədə hazırlamaqdır. U-19-un oyunları başa çatdıqdan sonra futbolçuları qısamüddətli istirahətə buraxdıq. Ayın əvvəlindən isə məşqlərimizi bərpa etmişik. Ötən həftəyə qədər gündə 2 dəfə məşq edirdik. Yığmanın oyunlarına az vaxt qaldığından, gündəlik məşqlərin sayını birə endirmişik. Fikrimcə, bu oyunlar komandamızın təcrübə toplamasında mühüm rol oynayacaq.
- Yığmanın formasını U-19-un üzvlərinin geyinəcəyini dediniz. Çətin olmayacaqmı?
- İki nəfərdən başqa, qalan oyunçuların hamısı U-19-un üzvləridir. Əlbəttə, müəyyən çətinliklər ola bilər. Bunu yalnız oyunlar zamanı müəyyənləşdirə bilərik ki, 19 yaşlı futbolçular özlərini necə göstərirlər. Biz perspektivi nəzərə almışıq. Yəni işimizi elə qurmuşuq ki, gələcəkdə də əsas yığmanın formasını bu gün heyətə cəlb etdiyimiz futbolçular geyinsin.
- Heyətdə zədəli futbolçu varmı?
- Toma Bezserdeçnaya zədələnmişdi. Bir müddət məşqlərdən kənarda qaldı. Ancaq indi vəziyyəti yaxşıdır. Müalicə olunub və artıq komanda ilə birgə hazırlıqda iştirak edir.
- Komandada psixoloji hazırlıq necədir?
- Futbolda psixoloji hazırlıq mühüm yer tutur. Yəni futbolçunun oyuna hazırlanmasına, kollektivdəki davranışına, eləcə də oyunda və meydandan çıxdıqdan sonra özünü necə aparmasına xüsusi diqqət ayırmaq lazımdır. Qadın futbolunda psixoloji hazırlıq çox əhəmiyyətlidir. Bunu nəzərə alıb çalışırıq ki, kollektivdəki əhval-ruhiyyənin daim yüksək olmasına nail olaq. İstər məşqdə, istərsə də məşqdən sonra futbolçularla mütəmadi söhbətlər aparılır. Yəni oyunçunu elə hazırlamaq lazımdır ki, o, meydanda bütün qüvvəsini sərf etsin, sona qədər mübarizə aparsın. Biz də çalışırıq ki, oyuna qədər futbolçuları psixoloji cəhətdən yaxşı hazırlayaq.
- Sabahkı rəqibimiz İsveç yığmasıdır. Qadın futbolunda əsas söz sahiblərindən biri olan Skandinaviya təmsilçisi haqqında nə deyə bilərsiniz?
- Rusiya yığmasını 3:0 hesabı ilə məğlub etdikləri oyunu izləmişəm. Zəif rəqib deyil. Hər halda, biz bacarığımızı səfərbər edəcəyik ki, Azərbaycan futbolunu layiqincə təmsil edək. Sona qədər mübarizə aparacağıq və meydandan yaxşı nəticə ilə ayrılmağa çalışacağıq.
- Baxdığınız oyunda İsveç yığmasının üstünlüyü nədə idi?
- Onlar rəqibi meydanın özlərinə aid hissəsinə buraxmaqla əks-hücumlar təşkil edib, qol vururdular. Yəni oyunu əks-hücumlar üzərində qurmuşdular.
- Yığmamız 4 gün ərzində 2 oyun keçirəcək. Qadın futbolunda oyunçular arasındakı 1 yaş fərqi belə dərhal hiss edilir. Necə düşünürsünüz, xanım futbolçularımız bu çətinliyə hazırdırlarmı?
- Bunu İsveçlə oyundan sonra görəcəyik. Fikrimcə, komandamız 90 dəqiqə mübarizə aparmağa hazırdır. Uelsin və İsveçin son oyunlarını izləməmişəm. Ona görə də müqayisə apara bilmərəm. Futbolçulara əsas tapşırığımız az səhv buraxmaq və yaratdığımız qol imkanlarından maksimum dərəcədə faydalanmaqdır. Hər kəs öz zonasında düzgün oynamalıdır. Əgər onlar verilən tapşırıqları yerinə yetirsələr, meydandan yaxşı nəticə ilə ayrıla bilərik.

0
0