AFFA 10840 manat qazandı
03.11.2009 - 14:24
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, qurum Unibank Premyer Liqasının IX turunda birbaşa qırmızı vərəqə alan Ramal Hüseynov (“Standard”), Vüsal Hüseynov (“Muğan”) və Hafiz Əliyevi (“Turan”) iki oyunluq diskvalifikasiya edib. Eyni zamanda bu futbolçular hərəyə 2000 manat cərimələniblər. Hafizlə Ramal rəqibi təhqir etdiyi, Vüsal isə bilərəkdən vurduğundan belə ağır cəzaya məruz qalıb.
İki sarı vərəqə üzündən meydandan çıxarılan “Muğan”ın legioneri Miloş Zeçeviç isə bir oyunluq cəzalanıb və klubunu 200 manat ziyana salıb. “Karvan”, “Turan” və “Olimpik-Şüvəlan” komandalarının futbolçuları 4 və daha çox sarı vərəqə aldıqlarından, bu klubların hərəsi 1000 məbləğində cərimə ödəməli olacaq.
Əvəzedicilərin çempionatında və birinci divizionda da baş verən xoşagəlməz hadisələri də müzakirə edən İntizam Komitəsi bugünkü toplantısında ümumilikdə 10840 manat cərimə kəsib.

- “İnter” baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ
- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
0
0