Liderlər 6 gün əvvəl “döyüşəcəklər”
03.11.2009 - 14:45
Liderlər 6 gün əvvəl “döyüşəcəklər”
Azərbaycan futbol çempionatının birinci divizionunda IX turun bir oyunun vaxtı dəyişdirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, noyabrın 14-də keçirilməli olan “MKT Araz" - "Rəvan" matçı nəzərdə tutulduğundan 6 gün əvvəl baş tutacaq. Noyabrın 8-də I divizionda turun olmamasını, həmçinin tərəflər arasında qarşılıqlı razılığı nəzərə alan PFL qarşılaşmanın ertələnməsini məqbul sayıb.

Qeyd edək ki, hazırda “Rəvan”la “MKT Araz” 16 xalla 1-2-ci pillələri bölüşdürürlər.