“Simurq” rəhbərliyinin diqqətinə: Bu yazını mütləq oxuyun!
03.11.2009 - 15:51
Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora üçün Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Gəncə” ilə ilk oyunu xüsusi önəm daşıyacaq. Apasport.az saytının hesablamalarına görə, ukraynalı mütəxəssis indiyədək komandasını 99 qarşılaşmaya çıxarıb. 2006-cı ilin yayında Zaqatala təmsilçisinin sükanı arxasına keçən Pokoranın “Simurq”da debütü həmin il avqustun 5-də gerçəkləşib. Qaxda “Turan”la qarşılaşan zaqatalalılar baş məşqçilərinin ilk oyununda “0”ları “cütləşdirmişdi” - 0:0. 39 aydan sonra isə 61 yaşlı mütəxəssis 100-cü matçına çıxır. Maraqlıdır ki, sabah rəqib qol vurmağı bacarsa, bu da Pokoranı məyus edən 100-cü qol olacaq.
Qeyd edək ki, indiyədək Azərbaycanda işləmiş əcnəbi məşqçilərdən indiyədək yalnız biri 100 matç həddini aşa bilib. Bu, Bakının “İnter” klubunun sabiq baş məşqçisi Valentin Xodukindir (113 matç).
Pokora “Simurq”un baş məşqçisi postunda
Qeyd edək ki, indiyədək Azərbaycanda işləmiş əcnəbi məşqçilərdən indiyədək yalnız biri 100 matç həddini aşa bilib. Bu, Bakının “İnter” klubunun sabiq baş məşqçisi Valentin Xodukindir (113 matç).
Pokora “Simurq”un baş məşqçisi postunda
turnir | mövsüm | O | Q | H | M | T | X |
Çempionat | 2006/07 | 24 | 6 | 7 | 11 | 27-33 | 25 |
| 2007/08 | 26 | 9 | 9 | 8 | 31-25 | 36 |
| 2008/09 | 26 | 16 | 5 | 5 | 39-20 | 53 |
| 2009/10 | 9 | 5 | 2 | 2 | 10-8 | 17 |
| Cəmi | 85 | 36 | 23 | 26 | 107-86 | 131 |
Kubok | 2006/07 | 4 | 2 | 1 | 1 | 10-3 | 7 |
| 2007/08 | 4 | 3 | 0 | 1 | 5-2 | 9 |
| 2008/09 | 4 | 3 | 0 | 1 | 17-4 | 9 |
| Cəmi | 12 | 8 | 1 | 3 | 32-9 | 25 |
Avropa Liqası | 2009/10 | 2 | 0 | 0 | 2 | 0-4 | 0 |
| Yekun | 99 | 44 | 24 | 31 | 139-99 | 156 |
0
0