Polis azarkeşləri güllə ilə qovdu
03.11.2009 - 16:25
Portuqaliya çempionatının növbəti oyunu qalmaqalla müşahidə olunub. Apasport.az saytının məlumatına görə, ölkənin 3 ən nüfuzlu klubundan biri “Sportinq”in azarkeşləri komanda üzvləri ilə haqq-hesab çürütmək istəyiblər. Mövsümə uğursuz başlayan Lissabon təmsilçisinin 200-ə yaxın fanatı “Maritimo” (1:1) ilə görüş bitən kimi stadionun ətrafında bir yerə toplaşıb. Sonra kütlə futbolçular olan yerə hücum çəkməyə cəhd göstəriblər. Lakin bu zaman azarkeşlər polislə üz-üzə gəliblər. Məşhur Joze Alvalade stadionunun yaxınlığında baş verən hadisədə azarkeşlərin daş və şüşə qablar atmasına cavab olaraq polis havaya xəbərdarlıq atəşi açıb.
Qeyd edək ki, 9 turdan sonra cəmi 13 xal toplayan “Sportinq” son 18 ildə ən pis nəticəsini göstərib.
Qeyd edək ki, 9 turdan sonra cəmi 13 xal toplayan “Sportinq” son 18 ildə ən pis nəticəsini göstərib.
- “İnter” baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ
- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
0
0