“Fənərbaxça” klubu Bakıda!
03.11.2009 - 16:42
Azərbaycanda “Fənərbaxça” futbol klubu fəaliyyət göstərir. Apasport.az saytının məlumatına görə, İstanbul “Fənərbaxça”sının adaşı olan bu klub həvəskar futbolçulardan təşkil olunub və Bakını təmsil edir. Özü də komanda həvəskarlar arasında Azərbaycan birinciliyində qüvvəsini sınayır. Lakin yarışın son turunu heç də “Fənərbaxça”nın aktivinə yazmaq mümkün deyil. “Sarı-lacivərdlilər” çempionatın növbəti turunda “Azəri” ilə səfər matçına gəlmədiklərindən, AFFA sərt qərar çıxarıb. Bu komandaya texniki məğlubiyyət verilib. Necə deyərlər, bizim “Fənərbaxça” İstanbuldakı “Fənərbaxça”nın başmağını geyinsə də, hələlik onların yerişini yerinə bilmir...
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
0
0