“Mançester Yunayted”in müdafiəçisi yığmamıza qarşı
03.11.2009 - 17:26
“Mançester Yunayted”in müdafiəçisi yığmamıza qarşı
21 yaşadək futbolçulardan ibarət Şotlandiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan britaniyalılar komandamızla oyuna 20 futbolçu ilə hazırlaşacaq.

Şotlandların baş məşqçisi Billi Stark noyabrın 14-də Bakıda keçiriləcək matça əsasən, ölkə çempionatında çıxış edən futbolçuları çağırıb. Bununla yanaşı, İngiltərə klublarında legioner həyatı yaşayan oyunçular da yığmamıza qarşı forma geyə bilərlər. Cəza ucbatından heyətə çağırılmayan “Seltik”li Devid Qudvillin yerinə Liay Qriffitsi çağıran mütəxəssis zədəli Ceyson Marrı da yığmanın düşərgəsinə dəvət edib. Bakıya gələcək heyətdə məşhur “Mançester Yunayted”in futbolçusu da yer alıb. Lakin məxsus olduğu klubda heyətə düşə bilməyən David Qrey icarə əsasında aşağı dəstədə top qovur.

Qapıçılar: Ceymi Barklay (“Falkirk”), Skott Qallaher (“Reyncers”), Alan Martin (“Lids”)

Müdafiəçilər: Pol Kaddis, Ceyson Marr (hər ikisi “Seltik”), Brayan İston (“Barnli”, İngiltərə), David Qrey (“Plimut”, İngiltərə), Pol Hanlon (“Hibernian”), Kris Mitmel (“Falkirk”), Rous Perri (“Oksford”, İngiltərə)

Yarımmüdafiəçilər: Skott Arfield (“Falkirk”), Barri Bannan (“Aston Villa”), Pol Koutts (“Peterbrau Yunayted”, İngiltərə), Kevin Makdonald (“Barnli”), Stefen Makqinn (“Sent Mirren”), David Uoterspun (“Hibernian”)

Hücumçular: Liay Qriffits (“Dandi”), Rory Loy (“Reyncers”), Kris Maqueyr (“Aberdin”), Ceymi Mörfi (“Motervell”).